Qubada “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda seminar keçirilib
09 aprel 2024, 06:32
Aprelin 8-də Qubada “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda seminar keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, müvafiq qurumların əməkdaşları, eyni zamanda gənclər iştirak ediblər.
Çıxışlarda narkomaniyanın insan orqanizminə zərərli təsirindən danışılıb. Narkomaniya ilə mübarizədə maarifləndirmənin əhəmiyyəti diqqətə çatdırılıb.