Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin dəstəyi və Quba şəhər “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmləndirilməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, Quba şəhər “Cümə” məscidi dini icmasının sədri Ənvər Səidov, icma üzvləri və dindarlar iştirak ediblər. Seminarda milli dövlətçiliyimiz, mənəvi dəyərlərimizin önəmindən bəhs edilib. Mili-mənəvi dəyərlərimiz arasında mühüm yer tutan Azərbaycançılıq məfkurəsinin Vətənimizdə sülh və əmin-amanlığın qorunub saxlanmasındakı rolu, eyni zamanda müxtəlif dinlərin, etnos və xalqların nümayəndələrini birləşdirdiyi diqqətə çatdırılıb.
Tədbirin sonunda DQİDK-nin sifarişi ilə çap olunmuş maarifləndirici materiallar iştirakçılara təqdim edilib.