Qubada “Dini radikalizm, fanatizm, ekstremizmin mahiyyəti və fəsadları” mövzusu müzakirə olunub
24 iyun 2024, 07:51

İyunun 21-də Quba rayonu Püstəqasım kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizm, fanatizm, ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, müvafiq qurumların əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verilib. Vurğulanıb ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hislərinin  təbliğ olunmasıdır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.