Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və İnsan hüquqları üzrə Müvəkkilin Regional Mərkəzinin birgə təşkilatçılığı ilə ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan hüquqları üzrə Müvəkkilin Regional Mərkəzinin əməkdaşı Murad Əskərov, din xadimləri, dini icma sədrləri, müxtəlif konfessiyaların nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərdən danışılıb. Vurğulanıb ki, Vətən müharibəsində respublikamızda milli və dini həmrəylik nümayiş etdirilib və torpaqlarımız işğaldan azad edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.