Qubada din xadimlərinin iştirakı ilə tədbirlər keçirilib
11 iyul 2023, 05:41

İyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin dəstəyi və QMİ-nin bölgə qazılığının təşkilatçılığı ilə Quba rayonunda yerləşən məscidlərin imamlarının iştirakı ilə tədbirlər keçirilib.

Təngəaltı kəndi "Seyidlər" məscidi və İkinci Nügədi kəndi "Molla Hud" məscidində baş tutan görüşlərdə dini radikalizm və fanatizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği mövzuları müzakirə olunub.

Keçirilən tədbirlər iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.