Qubada “Dəmir yumruq, güclü lider, rəşadətli ordu və xalq birliyinin təcəssümü” mövzusunda tədbir keçirilib
06 noyabr 2024, 04:31

Noyabrın 6-da Quba şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin və Quba Rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə “Dəmir yumruq, güclü lider, rəşadətli ordu və xalq birliyinin təcəssümü” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Anar Məmmədov, din xadimləri və ictimaiyyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı müxtəlif millətlərə mənsub olan, fərqli dinlərə sitayiş edən hər bir Azərbaycan vətəndaşının 44 günlük Vətən müharibəsində ölkə Prezidentinin ətrafında “dəmir yumruq” kimi birlik nümayiş etdirdiyi diqqətə çatıdırılıb. Vurğulanıb ki, bu birlik nəticəsində əzəli Azərbaycan torpaqları düşmən işğalından azad edilib və ən yeni Azərbaycan  tarixi yazılıb.

Tədbir müzakirələrlə davam etdirilib.