Qubada dağ yəhudiləri Xocalı qurbanlarını yad ediblər
25 fevral 2022, 02:36

Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Qırmızı qəsəbə dağ yəhudiləri dini icmasının birgə təşkilatçılığı ilə qəsəbədə yerləşən "Giləki" sinaqoqunda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş "XX əsrin faciəsi - Xocalı" adlı anım tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elnur Ağasiyev, Qırmızı qəsəbə dağ yəhudiləri dini icmasının sədri Yurik Naftaliyev, dindarlar və qəsəbə sakinləri iştirak ediblər. 

Çıxışlar zamanı Xocalı faciəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, həm yəhudilər, həm də azərbaycanlılar tarixin ayrı-ayrı vaxtlarında soyqırımı aktına məruz qalıblar. 

Anım tədbirində sinaqoqun ravvinləri dualar oxuyub.