“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair “2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində regionlarda maarifləndirmə tədbirləri keçirilib.
28.11.2023, Quba rayonu: “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, Rayon İcra Hakimiyyəti (İH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Aynur Yəhyayeva, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
28.11.2023, Zaqatala rayonu: rayondakı Peşə Məktəbində “Gender əsaslı zorakılıqla mübarizə“ mövzusunun müzakirəsinə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Həsənov, müəllimlər və tələbələr qatılıblar.
Çıxışlar zamanı gender əsaslı zorakılığın cəmiyyətimizə vurduğu ziyana və fəsadlara görə dövrümüzün mühüm və aktual problemlərindən biri olduğu qeyd edilib. Gender əsaslı zorakılıq hallarının qarşısının alınması üçün hüquqi və sosial müstəvidə ardıcıl addımların atılması, profilaktik və qabaqlayıcı tədbirlərlərin davamlı olaraq həyata keçirilməsinin dövlət siyasətinin ən mühüm prioritetlərindən biri olduğu bildirilib.