Quba və Balakəndə təhsil işçiləri və şagirdlərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib
28 fevral 2024, 07:54

Fevralın 28-də Quba və Balakən rayonlarında maarifləndirmə tədbirləri həyata keçirilib.

Quba rayonunun Hacıhüseynli kənd tam orta məktəbində  “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyəti” mövzusu müzakirə olunub. Tədbirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Anar Məmmədov, ziyalılar və şagirdlər qatılıblar.

***

Balakən rayonu Qurban Nağıyev adına Kortala kənd tam orta məktəbində isə “Milli dövlətçiliyimizin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev,  Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hacı Muradov, müəllimlər, gənclər və şagirdlər iştirak ediblər.

 

Çıxışlarda bu cür tədbirlərin zəruriliyi diqqətə çatdırılıb. Təhsil müəəssisələrində maarifləndirmə işinin mütəmadi aparılmasının vacibliyi vurğulanıb.

Tədbirlər müzakirələrlə davam edib.