Quba rayonu Alpan kənd məscidi
19 yanvar 2026, 14:03
Ünvan: Quba rayonu Alpan kəndi
Məscid 1806-cı (1808) ildə İbrahim bəyin rəhbərliyi və kənd camaatının iştirakı ilə usta Pirqulu tərəfindən inşa edilmişdir. İbadətgah 1814-cü ildə istifadəyə verilmişdir. Alpan kənd məscidinin binası düzbucaqlı formadadır. Damı dəmir təbəqə ilə örtülüb. Minarə güldəstə formasındadır. Minarənin dörd tərəfində gözlük və üstündə aypara rəmzi qoyulub. Məsciddə bir neçə daş kitabə mövcuddur. İbadət evi sovet dövründə taxıl anbarı kimi istifadə olunub.