Avqustun 5-də Qobustan rayonunun Cəyirli kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan RİH-nin əməkdaşı Amil Vəzirli, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda radikal dini ideologiyaların cəmiyyət üçün yaratdığı təhlükələrdən, onların qarşısının alınmasında maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs olunub. Qeyd olunub ki, bu kimi tədbirlər dini radikalizmlə mübarizədə vacib rol oynayır və gənclərin sağlam dini düşüncə ilə yetişməsinə xidmət edir. Eyni zamanda maarifləndirmə işlərinin davamlı olmasının vacibliyi vurğulanıb