Qobustanda "Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər" mövzusunda tədbir keçirilib
09 sentyabr 2025, 09:41

Sentyabrın 9-da Qobustan rayonunun Cəyirli kəndində yerləşən “İmam Zaman” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan RİH-nin əməkdaşı Amil Vəzirli, dini icma sədrləri, icma üzvləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda dini radikalizmlə mübarizənin vacibliyi qeyd olunub. Bu istiqamətdə dövlətin həyata keçirdiyi hüquqi və institusional tədbirlər, eyni zamanda dini maarifləndirmənin önəmi vurğulanıb. O da bildirilib ki, dinin sülh, mərhəmət və qarşılıqlı hörmət prinsipləri əsasında təbliğ olunması cəmiyyətdə dini dözümlülüyün və birgəyaşayışın möhkəmləndirilməsinə xidmət edir.