Oktyabrın 20-də Qobustan şəhər A. Qayıblı adına 3 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Gənclər Evinin birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, Qobustan Gənclər Evinin direktoru Anar İrzaquliyev, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elman Salmanov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu vurğulanıb. Dövlətin mənəvi dəyərlərin təbliğinə diqqət və qayğısından bəhs olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.