Oktyabrın 23-də Qobustan şəhəri Qobustan şəhəri A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DİQDK) Dağlıq Şirvan regional bölməsi və Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların mahiyyəti və fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan RPŞ-nin əməkdaşı Nicat Əmraliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmin mahiyyəti, dini ekstremizmin yaranmasının səbəbləri və onun ağır fəsadları barədə məlumat verilib. Həmçinin gənclərin radikalizm təhlükəsindən qorunmasında dini maarifləndirilmənin önəmli olduğu vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.