Qeyri-qanuni dini ədəbiyyatın satışı aradan qaldırılacaq - RƏSMİ
24 oktyabr 2014, 05:02
“Cəmiyyətin diqqətini cəlb etmək istədiyimiz bir məsələ də var ki,o da dini xarakterli məmulatlarla bağlıdır". Bunu Lent.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Komitə sədri vurğulayıb ki, ölkəyə gətirilən həmin məmulatlar (o cümlədən dini ədəbiyyat) Azərbaycanda ekspertizadan keçdikdən sonra satışa çıxarıla bilər. 
O qeyd edib ki, DQİDK-nın Ekspertiza şöbəsi həmin dini məmulatların dövriyyədə qalması və ya çıxarılması barədə rəy verir.“Dini Komitənin dini məmulatların, o cümlədən dini ədəbiyyatın qeyri-qanuni satışı ilə məşğul olan ticarət mərkəzləri ilə bağlı təklifləri var. Yəni bu cür problemləri aradan qaldırmaq, nizam-intizam yaratmaq üçün addımlar atılmalıdır".