Qəbələdə “Multikultural dəyərlər və dini memarlıq” mövzusunda tədbir keçirilib
18 mart 2026, 18:00

Martın 18-də Qəbələ şəhər Şirvan Bulqədirov adına 5 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki-Zaqatala regional bölməsi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda Azərbaycanın zəngin multikultural ənənələri və dini tolerantlıq dəyərləri barədə məlumat verilib. Dini icmaların birgəyaşayışı və həmrəyliyi vurğulanıb. Dini memarlığın Azərbaycan mədəniyyətindəki əhəmiyyəti izah olunub. Gənclərə milli-mənəvi dəyərlərə hörmət və ölkədə multikultural mühitin qorunması prinsipləri çatdırılıb.