Qəbələdə “Milli-mənəvi dəyərlərin təbliğinin önəmi” mövzusu müzakirə olunub
22 oktyabr 2024, 07:31

Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə Qəbələ rayonu İ.Kərimov adına Mirzəbəyli kənd tam orta məktəbində “Milli-mənəvi dəyərlərin təbliğinin önəmi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin baş məsləhətçisi Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Vurğulanıb ki, əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.