Qəbələdə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə olunub
05 fevral 2025, 06:05

Fevralın 5-də Qəbələ rayonu Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasında onların mənəvi dünyagörüşlərinin inkişaf etdirilməsi olduqca vacibdir.

Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.