Qəbələdə maarifləndirmə tədbiri keçirilib
25 noyabr 2025, 15:09
Noyabrın 25-də Qəbələ rayonunun İlqar Cəbrayılov adına Zarağan kənd 1 nömrəli tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə “Əxlaqi dəyərlərin gənclərin sağlam həyat tərzinə verdiyi töhfə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzunun aktuallığından bəhs olunub. Əxlaqi dəyərlərin gənclərin formalaşmasında və sağlam həyat tərzinin təşviqində əhəmiyyətindən danışılıb. Həmçinin, gənclərin düzgün vərdişlərə yiyələnməsinin cəmiyyətin inkişafına verdiyi töhfələr vurğulanıb.