Qəbələdə erkən nikah problemi müzakirə olunub
06 noyabr 2024, 07:51

Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə Qəbələ şəhəri Şirvan Bulqədirov adına 5 saylı tam orta məktəbində “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin baş məsləhətçisi Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Erkən nikahla bağlı problemlərin aradan qaldırılması baxımından maarifləndirici tədbirlərin təşkilinin, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsinin, onlara milli-mənəvi dəyərlərin aşılanmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.