Qəbələdə “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib
08 oktyabr 2024, 08:49
Oktyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə Qəbələ rayonu Nic qəsəbəsi Yalağaclı məhəllə məscidində “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin baş məsləhətçisi Pərvin İsmayılov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda dini radikalizm və dini ekstremizmin mahiyyəti, həmçinin onların ağır fəsadları barədə məlumat verilib. Qeyd olunub ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməsi olduqca vacibdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.