Qəbələdə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusu müzakirə edilib
09 dekabr 2021, 04:54

Dekabrın 9-da Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda mövcud olan tolerantlıq və multikultural şəraitdən bəhs olunub. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. O da vurğulanıb ki, multikulturalizm xalqımızın həyat tərzini təşkil edir.

Həmçinin, çıxışlarda məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu bildirilib. Qeyd olunub ki, tarix boyu ortaya çıxan müəyyən münaqişələr insanlara din adı ilə təqdim olunub.