Qazaxda "Ramazan ayı: İslamın iftar mədəniyyəti və həmrəylik ruhu" mövzusunda tədbir keçirilib
04 mart 2025, 05:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazax rayon Qazılığının təşkilatçılığı ilə martın 3-də Qazax şəhər Cümə məscidində "Ramazan ayı: İslamın iftar mədəniyyəti və həmrəylik ruhu" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dövlət Komitəsinin regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, komitənin əməkdaşları, QMİ-nin qazısı İlham Süleymanov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Ramazan ayında İslamın vacib ibadətlərindən biri də orucdur. O da diqqətə çatdırılıb ki, Ramazan milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir.
Sonda iştirakçıları maraqlandıran suallar və təkliflər dinlənilib.