Qazaxda "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusu müzakirə olunub
02 noyabr 2022, 04:06

Noyabrın 1-də Qazax Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Eşqin Allahverənov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Rüstəmov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Dini radikalizmə qarşı mübarizədə gənclərin rolundan bəhs edilib. Həmçinin, bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.