Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti və QMİ-nin Qax rayon qazılığının birgə təşkilatçılığı ilə rayonun “Mərkəzi Cümə” məscidində “20 Sentyabr-Dövlət Suverenliyi Günüdür” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, təşkilatçı qurumların əməkdaşları, din xadimləri və və dini icma sədrləri iştirak ediblər.
Daha bir tədbir sentyabr 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsi, Masallı rayon Rəhim Tağıyev Tarix-Diyarşünaslıq muzeyi və Masallı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ərazi bütövlüyü-Süverenlik nidası” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin məsləhətçisi Ayıq Səmədov, təşkilatçı qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Respublikasının dövlət suverenliyinin formalaşması və qorunmasının milli dövlətçilik tariximizdəki yerindən bəhs ediblər. Qeyd olunub ki, 20 Sentyabr təkcə təqvimdə bir tarix deyil – bu gün xalqımızın dövlətçilik iradəsinin, milli qürurunun və mənəvi dayanıqlığının təcəssümüdür. Diqqətə çatdırılılıb ki, bu gün müstəqil Azərbaycanın hər qarış torpağında dövlət suverenliyi təmin olunub və bu tarixi nailiyyət Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasətin nəticəsidir. İşğaldan azad edilən ərazilərdə üçrəngli bayrağımızın dalğalanması, orada dövlət institutlarının fəaliyyətə başlaması suverenliyin real şəkildə təmin olunmasının göstəricisidir. Vurğulanıb ki, Şəhidlərimizin qanı ilə yazılmış bu tarix, bugünkü nəsillərin yaddaşında daim yaşayacaq və hər bir vətəndaş bu müqəddəs amal uğrunda canından keçənlərin xatirəsini dərin ehtiramla yad etməlidir. Onların göstərdiyi igidlik və vətənpərvərlik nümunəsi Azərbaycan gəncliyi üçün əbədi örnək olmalıdır.
Tədbir müzakirələrlə davam etdirilib.