Qaxda “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusu müzakirə edilib
22 iyun 2023, 07:31

İyun ayının 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayonu Heydər  Əliyev  Mərkəzində “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda seminar keçirilib.

Tədbirdə  DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fərid Muradov,  rayondakı Heydər  Əliyev  Mərkəzinin əməkdaşı Arzu Dunusova, Gənclər və İdman idarəsinin rəis müavini Elvin Həsilov, YAP Qax rayon təşkilatının nümayəndəsi Fərman Əhmədzadə, Gənclərin Kariyera və İnkişaf Mərkəzinin direktoru Elmir Həşimli və başqaları iştirak ediblər.

Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ilkin dövrlərindən etibarən milli mənəvi dəyərlərə sahib çıxmasından, mənəvi dəyərlərin inkişafı istiqamətində lazımi tədbirləri həyata keçirməsindən danışılıb. Qeyd edilib ki, dini ibadət evlərinin açılış mərasimlərində, həmçinin, dini bayramlarda  və əlamətdar günlərdə Ulu Öndər Heydər Əliyev özü din xadimlərinin yanında olub və onlarla azərbaycançılıq ruhunu özündə ehtiva etdirən milli mənəvi dəyərlərin təbliği istiqamətində  söhbətlər aparıb.   Bu gün də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət-din münasibətləri  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.   

Seminarın sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış  “Heydər Əliyev və Azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib.