Qaxda “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixioloji təsir üsulları” mövzusu müzakirə olunub
02 may 2024, 07:25

Mayın 2-də Qaxda “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixioloji təsir üsulları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizmin, radikalizmin və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar barədə məlumat verilib. Dünyada qlobal təhlükəsizlik problemlərinin əsasını dini və etnik zəmindəki münaqişələrin təşkil etdiyini vurğulayan natiqlər Azərbaycanda dinlərarası və millətlərarası münaqişələrin baş vermədiyini bildiriblər. Eyni zamanda qeyd edilib ki, respublikamızda məzhəblər arasında vəhdət və həmrəylik mövcuddur. 
Çıxışlar yekunlaşdıqdan sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.