Qaxda “Milli-mənəvi dəyərlər, Azərbaycançılıq ideologiyası” mövzusunda seminar keçirilib
04 noyabr 2022, 02:34

Noyabrın 3-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax şəhər V.Əliyev adına 3 saylı tam orta məktəbində “Milli-mənəvi dəyərlər, Azərbaycançılıq ideologiyası”  mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Gənclər və İdman idarəsinin rəis müavini Elvin Həsilov, rayonunun Gənclərin Kariyera və İnkişaf Mərkəzinin direktoru Elmir Həşimli, eyni zamanda Qax  şəhər V.Əliyev adına 3 saylı tam orta məktəbin müəllimləri  və yuxarı sinif şagirdləri iştirak ediblər. 

Çıxışlar zamanı bildirilib ki,  azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir. Azərbaycançılıq dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında vacib faktor kimi çıxış edir.

Çıxışlar yekunlaşdıqdan sonra  DQİDK-nın sifarişi ilə çəkilmiş “Vətən naminə” sənədli filmi nümayiş etdirilib.