Qaxda maarifləndirmə tədbiri keçirilib
12 oktyabr 2022, 08:59

Oktyabrın 12-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon Şotavar kənd tam orta məktəbində “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir?” mövzusunda seminar keçirilib.

Tədbirdə  DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon İcra Hakimiyyəti başçısının Qorağan kənd üzrə nümayəndəsi Elgün Məhyəddinov, rayon Gənclərin Kariyera və İnkişaf Mərkəzinin direktoru Elmir Həşimli, Ənbərçay kəndi “Cümə” məscidinin imamı Nizami Davudov, Şotavar kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Dinimizdə  təhsilin, o cümlədən qızların təhsil almasının önəmindən danışılıb.

Çıxışlar yekunlaşdıqdan sonra tədbir diskusiya şəklində davam edib.

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr olunmuş maarifləndirici ədəbiyyat iştirakçılara təqdim olunub.