Aprel ayının 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli tam orta məktəb-liseyində “Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda seminar keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax Rayon Mərkəzi Xəstəxanasının həkimi Günay Kərimova, rayon Gənclər və İdman idarəsinin rəis müavini Elvin Həsilov, Qax Gənclərin İnkişaf və Kariyera Mərkəzinin direktoru Elmir Həşimli və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə mövzunun əhəmiyyətindən bəhs olunub. Yeniyetmə və gənclərin sağlam nəsil kimi yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Uşaq və gənclərin sağlamlığının qorunması, reproduktiv sağlamlıq hüquqlarının təmin olunması istiqamətində dövlət proqramları, həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.