Oktyabrın 10-da Qax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil, Gənclər və İdman idarələri, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bayrağımız qürür mənbəyidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, təşkilatçı qurumların əməkdaşları, şəhər Etibar Babayev adına 4 saylı tam orta məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Çıxışlarda Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib, Ulu Öndər Heydər Əliyevin dövlət bayrağı haqqındakı fikirlərindən bəhs olunub, eyni zamanda Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb.
Tədbir müzakirələrlə davam etdirilib.