Qaxda maarifləndirmə tədbiri keçirilib
15 fevral 2024, 08:43
Fevralın 15-də Qax rayon Turaclı kənd tam orta məktəbində “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi aspektləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Elvin Həsilov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı humanist və tolerant gəncliyə sahib olmaq üçün təhsil və təlim-tərbiyənin önəminə toxunulub. Tədbirdə həmçinin dini fanatizm və radikalizmin humanizmə, milli-mənəvi dəyərlərimizə vurduğu zərərlər barədə ətraflı məlumat verilib.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.