Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Qax Rayon İcra Hakimiyyəti (RİH) və Qax Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə Qorağan kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Dövlətimizin din siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RİH başçısının Qorağan kəndi üzrə nümayəndəsi Elgün Məhyəddinov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda dövlətimizin din siyasətindən bəhs olunub. Qeyd edilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi, dini dəyərlərə diqqət və qayğı göstərilməsinin dövlətimizin əsas prioritet fəaliyyət istiqamətlərindən biri olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib.