Qaxda dinin siyasiləşdirilməsi mövzusu müzakirə edilib
28 fevral 2023, 07:42

Fevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax Peşə Liseyində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə  DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi  Tərlan Nəzərov,  müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə mövzunun aktuallığından bəhs olunub, dini radikalizm və ekstremizmin fəsadlarından danışlıb. Eyni zamanda dinin siyasiləşdirilməsinin milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid olduğu diqqətə çatdırılıb.

Sonda  DQİDK-nın sifarişi ilə çəkilmiş “Oxu” sənədli filmi nümayiş etdirilib.