Qaxda "Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusu müzakirə olunub
07 iyul 2022, 07:32

İyulun 7-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Qax Rayon İcra Hakimiyyəti və Qax rayon Gənclərin Kariyera və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, Qax Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Orxan Səmədov, din xadimləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, eləcə də yaratdığı fəsadlar barədə məlumat verilib. Bu istiqamətdə görülən mübarizə tədbirlərindən bəhs olunub. Həmçinin Azərbaycanın tolerant, multikultural dəyərlərlə zəngin bir ölkə olduğu diqqətə çatdırılıb.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçılara Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap olunan maarifləndirici ədəbiyyat paylanılıb.