Yanvar ayının 11-də Qax rayon Qorağan kənd S.Rəhimov adına tam orta məktəbində “Tolerantlıq milli dəyərimizdir” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, rayon Gənclər və idman sektorunun müdiri Elvin Həsilov, müəllimlər, gənclər və şagirdlər iştirak ediblər.
Daha bir tədbir yanvarın 11-də “Multikulturalizm və tolerantlıq milli dəyərimizdir” mövzusunda Şabran rayonunda baş tutub. Tədbirə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Tağıyev, rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Vüsal Alışov, gənclər və yeniyetmələr qatılıblar.
Çıxışlarda qeyd edilib ki, tarixən dinindən, dilindən, irqindən və digər bu kimi mühüm göstəricilərdən asılı olmayaraq ölkəmizdə müxtəlif xalqların nümayəndələri həmişə bir ailə olaraq dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayıblar. Vurğulanıb ki, bu mütərəqqi ənənə indi də davam edir və Azərbaycanın əsas xarakterik xüsusiyyətləri sırasında yer alır.
Hər iki tədbir müzakirələrlə davam edib.