Qax və Goranboyda maarifləndirmə tədbirləri keçirilib
05 oktyabr 2023, 01:57

Regionlarda dini maarifləndirmə tədbirləri davam edir.

Qax rayon Qum kənd tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax Rayon Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Aytən Murquzova, müəllimlər və şagirdlər iştirak edibər.

Goranboy rayonunun Xanqərənd kənd tam orta məktəbində isə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Xanqərvənd kənd məscidinin dini icma sədri Rəsul Həşimov, eləcə də müəllimlərin və şagirdlərin iştirakı ilə “Gənclərin yad təsirlərdən qorunmasında təhsilin rolu” mövzusu müzakirə olunub.

Çıxışlar zamanı dini radikalizmin yaratdığı fəsadlardan bəhs olunub. Dini radikalizmlə mübarizədə təhsilin rolu vurğulanıb. Eyni zamanda dini maarifçilik işinin təşkili istiqamətində görülən işlər barədə məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.