Qax, Ucar və Samuxda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub
12 aprel 2023, 08:17

Bölgələrdə dini radikalizmlə mübarizə çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir.

Aprelin 12-də Ucar şəhər 6 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi,  Ucar Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Polis Şöbəsinin birgə təşkliatçılığı ilə "Vətənpərvər gəncliyin zərərli vərdiş və dini radikalizmə qarşı mübarizəsi" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, məktəbin müəllim və şagirdləri iştirak edib.

Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayonunun Sarıqamış kənd tam orta məktəbində "Radikalizmin mahiyyəti və fəsadları" mövzusunda baş tutan tədbirə DQİDK-nın müvafiq şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, məktəbin müəllim və şagirdləri qatılıblar.

Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax  rayon Calayir kənd  tam orta məktəbində “Dini radikalizmlə mübarizə" mövzusunda tədbir keçirilib. Tədbirdə  DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RİH-nin nümayəndəsi Şahid Hafizov, məktəbin müəllimləri  və şagirdləri iştirak ediblər. 

Çıxışlarda zərərli vərdişlər, dini radikalizm və onların fəsadları haqqında geniş məlumat verilib. Ölkəmizdə zərərli vərdişlərə və dini radikalizmə qarşı mübarizə məqsədilə mühüm tədbirlər həyata keçirildiyi diqqətə çatdırılıb. Natiqlər yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.