Qaradağda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
26 fevral 2025, 09:02

Fevralın 25-də Qaradağ Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin birgə təşkilatçılığı ilə Qobustan Mədəniyyət Evində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Munis Bayramov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşı Elşən Quluzadə, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və  Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biridir. Vurğulanıb ki, soyqırımına ilk dəfə hüquqi-siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı tədbirlər görməyə çağırıb.

Sonda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş olunub.