Qaradağda maarifləndirmə tədbiri keçirilib
13 fevral 2026, 09:52

Fevralın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi və Qaradağ rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Qaradağ Rayonu Heydər Əliyev Mərkəzində “Ramazan ayı və sosial həmrəylik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov, Elşən Quluzadə, Fərid Novruzov, Gənclər və İdman sektorunun müdiri Elçin Abbasov, din xadimləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda Ramazan ayının insanları birləşdirici rolu, yardımlaşma və paylaşma əhəmiyyəti vurğulanıb. Natiqlər qeyd ediblər ki, bu ay həm mənəvi paklıq, həm də cəmiyyət daxilində həmrəylik və yardımlaşma ruhunu gücləndirir.