Qaraçuxur qəsəbə məscidi
16 aprel 2015, 01:50
Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi , Ə.Mehbalıyev küçəsi
Bakının böyük məscidlərindən olan Qaraçuxur qəsəbə məscidi 1996-cı ildə Türkiyə Diyanət Vəqfinin və xeyriyyəçi şəxslərin vəsaiti ilə inşa edilmişdir. Ənənəvi Osmanlı memarlığı üslubunda inşa edilmiş məscidin təxminən 22 metr hündürlüyündə minarəsi var. İki mərtəbəlidir, ibadət zalının sahəsi 750 kvadratmetrdir. Əllə işlənmiş minbəri və kürsüsü Türkiyədən gətirilmişdir. Məscidin qübbəsində yüksək xəttatlıqla Qurani-Kərimin “əl-İxlas” surəsi, mehrabında isə "Ayətül-kürsü" yazılmışdır.