Prezident İlham Əliyevin Sərəncamı ilə DQİDK-nın bir qrup əməkdaşı təltif edilib
24 iyun 2019, 04:13

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2019-cu il Sərəncamı ilə bir qrup dövlət qulluqçusu orden və medallarla təltif edilib.

Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aşağıdakı əməkdaşları da təltif olunublar.

“Tərəqqi” medalı:

Elnarə Kərimova,

Ayziynət Zeynalova,

Ruslan Əsgərov

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı:

Aygün Cəbrayılova,

Namiq Cırıyev,

Günel Yusifi,

Rəhim Rəhimli