Prezident İlham Əliyev Serbiyanın Azərbaycandakı səfirini qəbul edib
04 aprel 2017, 04:22
Prezident İlham Əliyev Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.
Səfir Neboyşa Rodiç Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ildə layiq görüldüyü Serbiyanın ali ordenini dövlətimizin başçısına təqdim edib.