Prezident İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edir
01 mart 2017, 06:31
Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammiti işə başlayıb.
Prezident İlham Əliyev Sammitdə iştirak edir.
Əvvəlcə rəsmi foto çəkdirildi.
Sammit Qurani-Kərimdən ayənin oxunması ilə başladı.
Prezident İlham Əliyev Sammitdə çıxış etdi.