Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 23-də “Europosts” televiziyasına müsahibəsindən:
"Bir daha qeyd etmək istəyirəm, Azərbaycan çoxmillətli ölkədir və Azərbaycandakı heç bir etnik qrupun dini və etnik zəmində heç vaxt heç bir problemi və ya narahatlığı olmamışdır. Azərbaycanı tanıyan istənilən kəs bunu təsdiqləyə bilər. Yeri gəlmişkən, bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır. Ermənilər və azərbaycanlılar Rusiyada bir yerdə yaşayırlar, Ukraynada bir yerdə yaşayırlar və Gürcüstanda hətta eyni kəndlərdə yaşayırlar. Nəyə görə onlar Azərbaycanda və yaxud Ermənistanda bir yerdə yaşaya bilməsinlər? Hesab edirəm ki, onlar bir yerdə yaşaya bilərlər". (president.az)
Müsahibə dekabrın 9-da “Europosts”da yayımlanıb.