Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul edib
21 sentyabr 2014, 03:09
Görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulandı, “Cənub” qaz dəhlizi layihəsinin regional əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu, layihənin icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.