Prezident İlham Əliyev: "Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub"
02 oktyabr 2023, 03:18

"Əsrlər boyu Azərbaycanın çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub. 30 illik müstəqillik dövrümüzdə biz bu amilləri gücləndirmişik." Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında söyləyib.

Dövlətimizin başçısı bildirib ki, biz bunu sabitliyin, proqnozlaşdırmanın və bütün konfessiyaların nümayəndələri arasında birgəyaşayış nümunəsi hesab edirik: "Biz bir vahid ailə kimi yaşayırıq."

 

(AZƏRTAC)