Paytaxtda və bölgələrdə maarifləndirmə tədbirləri keçirilib
26 oktyabr 2023, 10:00

Paytaxtda, eləcə də respublikamızın bölgələrində maarifləndirmə tədbirləri keçirilib.

Beyləqan: “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusu müzakirə olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, Beyləqan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramiz Əliyev, rayon Peşə məktəbinin müəllimləri, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Bakı: 4 saylı cəzaçəkmə və tərbiyə müəssisələrində “Uşaqların mənəvi inkişafının onların gələcəyinə təsiri” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.Tədbirlərə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Elşən Quluzadə, Penitensiar Xidmətin əməkdaşları, eləcə də ziyalılar qatılıblar.

***

Cəlilabad: rayonun Muğan kənd 3 saylı tam orta məktəbində isə “Erkən nikah və onun fəsadları” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Həsən Hümbətov, müəllimlər və məktəblilər iştirak ediblər.

***

Lənkəran: rayonun Separadi kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirə bölgə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, müəllimlər və şagirdlər qatılıblar.

***
Şəki: şəhər 12 nömrəli tam orta məktəbində “Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu”  mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə bölgə şöbəsinin əməkdaşı Saleh Məmmədov, QMİ-nin bölgə qazısı Kamran Məmmədov, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

***

Kürdəmir: Şıxımlı kəndində "Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu" mövzusu müzakirə edilib. Tədbirə bölgə şöbəsinin əməkdaşı Seyfəli Umarov,  kənd "Hacı Cəmaləddin" məscidi dini icmasının sədri və din xadimi Səbuhi Dadaşov, eləcə də dini icma üzvləri qatılıblar.

***
Saatlı: şəhər V. Əsgərov adına 4 nömrəli tam orta məktəbində isə “Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusu müzakirə edilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, müəllimlər və şagirdlər iştirak ediblər.

***

Mingəçevir: şəhərdəki Turizm Kollecində “Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, şəhərin idarə və müəssisələrinin nümayəndələri, eləcə də müəllimlər və tələbələr iştirak ediblər.

***

Gəncə: şəhər 7 nömrəli tam orta məktəbində “Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

 

Çıxışlarda mövzuların əhəmiyyəti qeyd olunub. Maarifləndirmə sahəsində təhsil müəssisələrinin, eləcə də din xadimlərinin rolu vurğulanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.