Ölkəmizdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir
19 yanvar 2022, 04:08

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar ölkəmizdə silsilə anım tədbirləri keçirilir.

Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, muzeyin direktoru Əntiqə Tağıyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyevin və din xadimlərinin iştirakı ilə 20 Yanvar şəhidləri Lerik rayonunun Şinəband kənd məscidində də anılıb.

Yevlaxda keçirilən tədbirdə isə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, YAP Rayon Təşkilatının Aparat rəhbəri Rafiq Əliyev, rayon Təhsil şöbəsinin müdiri Namidə Abbasova, məktəblərin, idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

Ucar rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib. Anım mərasimində DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşları, rayonun din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Şamaxı rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Anım mərasimində DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev və şöbənin əməkdaşları, Şamaxı Qobustan icra hakimiyyətlərinin nümayəndələri Rəşad Əliyev və Aftandil Şikarov, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev, adları çəkilən rayonlarda fəaliyyət göstərən məscidlərin dini icma sədrləri və din xadimləri iştirak ediblər.

20 Yanvar – Ümümxalq Hüzn Günü ilə əlaqədar Göyçay rayonunda da silsilə tədbirlər keçirilib. Tədbirlərdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, QMİ-nin səlahiyyətli nümayəndələri, müəllimlər, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, din xadimləri və ictimiyyət nümayəndələri iştirak ediblər.

Anım mərasimlərində qeyd olunub ki, 20 Yanvar hadisələri azərbaycanlıların tarixinə öz həyatlarını azadlıq və müstəqillik üçün qurban vermiş şəhidlərin anım günü kimi həkk olunub.

Vurğulanıb ki, xalqımızın yaddaşında bu faciə eyni zamanda, mübarizlik simvolu kimi yaşayır. Bildirilib ki, bu tarix xalqımıza azadlıq hissi və seçim verdi. Bu azadlıq və seçimin ali nöqtəsi müstəqil Azərbaycanın yardılması oldu.