Oğuzda "Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq" mövzusu müzakirə olunub
26 sentyabr 2024, 08:51
Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki regional bölməsinin təşkilatçılığı ilə Oğuz rayonu Padar kənd tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki regional bölməsinin məsləhətçisi Samir Salehov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Həmçinin gənclərin radikalizm təhlükəsindən qorunmasında dini maarifləndirilmənin önəmli olduğu vurğulanıb. Qeyd edilib ki, bu cür tədbirlərin davamlı olması cəmiyyətdə radikalizm meyillərin təsirlərinin azaldılmasına müsbət təsir göstərir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.